AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib.Həmin kəndin sakini, 29 yaşlı Farik Rəsulovu sel aparıb.
Hadisədən dərhal sonra ərazidə axtarışlara başlanılıb. Müvafiq qurumların əməkdaşları itkin düşən şəxsin meyitini aşkarlayıb.
Mərhumun qohumu bildirib ki, Farik Rəsulov çaya gələn seli izləyərkən sel onu aparıb.











































