Azərbaycanda gənc oğlan öz arvadını zorlayıb.
Hadisə Qusar rayonunda baş verib.
Məlumata görə, rayon sakini, 1996-ci il təvəllüdlü S.P. rayon prokurorluğuna müraciət edərək həyat yoldaşı, 1994-cü il təvəllüdlü S.M. tərəfindən işgəncələrə məruz qaldığını bildirib.
Qadın izahatında ərinin onu daim olaraq döydüyünü, zorla saçını kəsdiyini, bədənində siqaret kötüyü söndürdüyünü və onunla mütəmadi olaraq məcburən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd edib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
///Report