Qusarda “Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı
SOSİAL
20:09 15.03.2026
215
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COMxəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.