Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

SOSİAL
21:33 16.12.2024
192

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR