Qusarda silahlı insident – 1 nəfər güllələndi

Qusarda silahlı insident – 1 nəfər güllələndi
SOSİAL
15:57 04.12.2018
3189
Qusarda silahlı insident baş verib.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qusar və Quba RPŞ-lərin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "TOZ-8” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR