Quşüzümü artıq bazarlarda mövsümü olan giləmeyvədir. Tərkibində C, E, PP vitaminləri, flavonoidlər, kversetin, kalium, kalsium, dəmirlə zəngindir.
AZXEBER.COM medicina.az-a istinadən bu maraqlı giləmeyvənin orqanizmimizə 10 əsas faydasını təqdim edir. Hansı xəstəliyi olanlar quşüzümünün özünü, kompotunu, qurusunu və mürəbbəsini daha çox istifadə etməlidir?
1.Oynaqlarda iltihabı götürür, revmatizm, artrit, artroz - tərkibində olan kversetin oynaqlarda iltihablaşmanı aradan qaldırır, azaldır və hərəkətliliyi artırır.
2.Ürək -damar xəstəliklərində - triqliseridlərin səviyyəsini azaldır, ürək əzələsini rahatladır, damarları təmizləyir, qan dövranını yaxşılaşdırır. Bununla da insult-infarkt riskini azaldır.
3.Şəkərli diabet - qanda qlükozanın səviyyəsini endirir, hüceyrələri canlı saxlayır, diabetin digər orqanlara, damarlara zərbəsini azaldır
4.Qaraciyər yağlanmasında - qaraciyərdə piy, yağ toplanmasına, alkoqol mənşəli olmayan qaraciyər xəstəliklərinə qarşıdır
5.Beyin hüceyrələrini qoruyur - quşüzümü beyin üçün antioksidantdır. Beynin işləməsini təmin edir, yaddaşı, diqqəti gücləndirir. Qocalıq demensiyası, huşsuzluq, Alsgeymer xəstəliyinə qarşıdır
6.Gözləri sağlamlaşdırır - torlu qişanın sərbəst radikallardan zədələnməsinin qarşısını alır, göz yorğunluğunu götürür
7.Bağırsaqları sağlamlaşdırır - qəbizlik, diareya, köpə qarşıdır. Faydalı bağırsaq bakteriylarını artırır
8.Böyrəklərin iltihabına qarşı - Böyrək və sidik yollarında infeksiyaları öldürür, daş, qum, kristalı tökür, iltihabı aradan qaldırır. Sidik kisəsi sistitində əvəzsizdir. Təbii sidikqovucudur
9.Kişilərdə cinsi zəiflik - impotensiyaya qarşıdır
10. Süd vəzi, bağırsaq və uşaqlıq xərçənginə qarşı - tərkibindəki zülal və birləşmələe bu orqanlarda xərçəng hüceyrələrinin inkişafını azaldır, şişlərin böyüməsinə qarşıdır
Hamilələr də qəbul edə bilər, çox faydalıdır.