BMT-nin baş katibi Antonio Quterreş artan ehtiyaclar və azalan maliyyə səbəbindən təşkilatın humanitar fəaliyyətinin iflas ərəfəsində olduğunu bildirib.
Bu barədə o, BMT-nin humanitar fəaliyyətinin islahatı ilə bağlı təkliflərini təqdim edərkən bildirib.
"İndi cəsarətli, sistemli dəyişikliklərin vaxtıdır", - Quterreş bəyan edib.
O həmçinin yardımı daha sürətli, daha sərfəli və daha etibarlı çatdırmaq məqsədi daşıyan altı bənddən ibarət yeni Humanitar Saziş təklif edib.
/Oxu. Az