Quterreş Makronla görüşəcək

DÜNYA
05:41 08.02.2025
70
BMT-nin Baş katibi Antonio Quterreş Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu baş katibin sözçüsünün müavini Farhan Haq deyib.

O bildirib ki, dünya təşkilatının başçısı fevralın 10-11-də Parisdə keçiriləcək süni intellekt (Sİ) sammitində iştirak edəcək.

F.Haq əlavə edib ki, Baş katibin sammit çərçivəsində bir çox dünya liderləri ilə görüşü nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR