Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qəzzada dərhal atəşkəsin kifayət qədər yardımın çatdırılmasını, əsirlərin azad edilməsini və Yaxın Şərqdə gərginliyin azaldılmasını təmin edəcəyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Qəzzada təcili humanitar atəşkəs çağırışını təkrarlayıb.
O deyib:
"Bu, adekvat yardımın lazım olan yerə çatmasını təmin edəcək, əsirlərin azad edilməsini asanlaşdıracaq və Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək edəcək”.
Ayşən