Quterreş qlobal fəlakətin qarşısını necə almağı izah edib

Quterreş qlobal fəlakətin qarşısını necə almağı izah edib
DÜNYA
05:27 10.02.2026
421
"Ekoloji böhran və artan bərabərsizliyin yaratdığı qlobal fəlakətin qarşısını almaq üçün ölkələr ümumi daxili məhsul (ÜDM) göstəricilərini milli rifahın yeganə göstəricisi kimi istifadə etməyi dayandırmalıdırlar".

Bunu BMT-nin baş katibi Antonio Quterreş "The Guardian" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ictimai rifahın qiymətləndirilməsi modeli insanların həqiqətən nəyi vacib hesab etdiyini nəzərə almalıdır:

"ÜDM-i artırmaqla insanlar təbiəti məhv edirlər, meşələr qırılır, balıqlar kütləvi ovlanır. Bir sözlə, ÜDM göstəriciləri dərhal qazanc və itkiləri nəzərə alır", - deyə Quterreş bildirib.

Bununla belə, BMT baş katibi yeni iqtisadi modelin nəzərə almalı olduğu göstəricilərin adını çəkməyib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR