Qvardiola "Mançester Siti" ilə müqaviləni uzadır

İDMAN
19:55 22.11.2022
241
İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalayacaq.

Bu barədə italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, tərəflər sözləşmə müddətinin uzadılması barədə razılığa gəliblər. Yeni müqavilə 2025-ci yayınadək nəzərdə tutulub.

Romanonun sözlərinə görə, ispaniyalı mütəxəssis bundan sonra həm də transfer siyasəti ilə məşğul olacaq.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"ə başçılıq edir.
OXŞAR XƏBƏRLƏR