Qvardioladan Fələstin futboluna dəstək

Qvardioladan Fələstin futboluna dəstək
DÜNYA
11:34 13.02.2026
238
"Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Qəzzada fəaliyyət göstərən amputant futbol komandasına dəstək məqsədilə komandanın formalarını imzalayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada yerləşən amputant futbol komandası bununla bağlı rəsmi İnstaqram hesabında paylaşım edərək bildirib:
 
"Qəzzanın mərkəzindən futbol dünyasının zirvəsinə qədər. Qəzza  amputant futbol komandasında qəhrəmanlarımız Pep Qvardioladan xüsusi mesaj və imza aldılar”.

Komanda ispan mütəxəssisə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edərək vurğulayıb: "Bu forma sadəcə bir parça deyil, əlilliyə meydan oxuyan və xəyallarının ardınca gedən hər bir oyunçu üçün qürur medalıdır. Özümüzdə gördüyümüzü bizdə gördüyü üçün Qvardiolaya təşəkkür edirik – qeyri-mümkün olanı tanımayan qəhrəmanlar”.

Bundan əvvəl amputant futbolçular Qvardiolanın Fələstin kəffiyəsi ilə çəkilmiş fotosunu, həmçinin Qəzzada dağıntılar arasında futbol oynadıqları görüntüləri paylaşmışdılar.
 
Gülay
OXŞAR XƏBƏRLƏR