Populyar müğənnilər Röya ilə Samir Cavadzadə arasındakı qalmaqal bu həftə pik nöqtəyə çatsa da, gözlənilən cavab qarşı tərəfdən gəlməyib. Röya ANS PRESS-ə açıqlamasında Samirin ona ünvanladığı ittihamlara cavab verməyəcəyini bildirib. Bir sözlə, Azərbaycan şou-biznesində gözlənilən "vətəndaş müharibəsi" baş verməyib.
Röyanın efir vasitəsilə ayaqqabısının altını göstərərək Samirin adını çəkməsi, bunun ardınca Samirin "Röyanın tərbiyəsi yoxdur və heç vaxt olmayıb" deməsi şou-biznesdə "vətəndaş müharibəsi"nin yaranmasına zəmin yaratsa da belə olmayıb.