"Röyadan bunu gözləmirdim"

ŞOU-BİZNES
09:20 16.05.2011
2695

«ATV Maqazin» verilişinə bu haqda açıqlama verən Röya deyib: «Artıq 2 aydır klipin müzakirəsilə məşğuluq. Amma hələ də heç bir irəliləyiş yoxdur və ortada olan yalnız nəticəsiz müzakirələrdir. Bu üzdən qərara gəlmişəm ki, daha klipi Aqil M.Quliyev çəkməyəcək. Qoy o, öz işilə məşğul olsun. Çəkilişlə bağlı bütün işləri dövlət televiziyasının baş rejissoruna həvalə etmişəm. İndi mən daha yaşlı nəslin nümayəndələrilə işləyirəm. Çünki onlar daha məsuliyyətlidir».

Aqil M.Quliyev isə eşitdiklərindən şoka düşüb. «Röyadan bunu gözləmirdim. O, şou-biznesimizdə hörmət etdiyim müğənnilərdən biri idi. Bu, peşəkarlıq etikası normalarının pozulmasıdır. Məni xəbərdar etmədən klipin çəkilişlərini necə dayandırmaq olar?! Ofisimin başqa yerə köçməsilə bağlı bəzi problemlərim var idi. Bu səbəbdən də işdə ləngimə yaranmışdı. Bundan sonra heç zaman Röya üçün klip çəkməyəcəm», - deyə rejissor qeyd edib.

/// milli.az

OXŞAR XƏBƏRLƏR