Həlledici mərhələ Azərbaycan çempionu “Rabitə”nin oyunu ilə başlayıb. Bu mərhələyə kimi məğlub olmayan Bakı təmsilçisi İtaliya A seriyasının qalibi “Yamamay”la oyunda da qələbə seriyasını davam etdirib. Komandamızın ilk 2 setdə rəqibinə böyük fərqlə qalib gələndən sonra set vermədən qələbə qazanacağını gözləmək olardı. Ancaq italyanlar nəinki fərqi azalda, hesabı da bərabərləşdirə bilib. Belə olan halda, cütün taleyi “Qızıl set”də həll olunub. “Rabitə” bunda yenə gücünü göstərərək, böyük üstünlüklə qalib gəlib. Bununla da ilk “Dördlər finalçı” olan çempionumiz tarixində 2-ci dəfə orada oynayacaq. “Rabitə”nin 2 il il öncə İstanbulda uduzduğu “Vakıfbank” bu dəfə digər yarımfinalda ev sahibi “Qalatasaray”la üzləşir. //apasport“Dördlər finalı”, İstanbul9 mart, 1/2 final“Rabitə” (Azərbaycan)