"Rabitə" Çempionlar Liqasının qalibi olmağa çox yaxındır

İDMAN
15:50 10.03.2013
1421
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qalibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən həlledici mərhələnin finalında “Rabitə” yerli “Vakıfbank”ı sınağa çəkəcək.Matçın çətin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki 2 il öncə olduğu kimi yenə bu komandaların dueli gərgin oyun vəd edir. Lakin bu dəfə “Rabitə”nin çempionluğu bayram edəcəyi gözlənilir.Üçüncü yer uğrunda isə ev sahibi “Qalatasaray” İtaliya “Yamamay”ı ilə gücünü yoxlayacaq.“Dördlər finalı”, İstanbul10 martIII yer uğrunda16:00. “Yamamay” – “Qalatasaray”Final19:00. “Rabitə” – “Vakıfbank”

OXŞAR XƏBƏRLƏR