Rabitə Nazirliyi abituriyentlər üçün elektron imzaları ucuzlaşdırmağa hazırdır

Rabitə Nazirliyi abituriyentlər üçün elektron imzaları ucuzlaşdırmağa hazırdır
Bütün Xəbərlər
10:41 09.03.2012
1358

Elektron imzalardan birdəfəlik istifadə onların qiymətini əhali üçün daha münasib etməyə imkan verir. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, bu, abituriyentlərə qəbul imtahanlarında iştirak etmək üçün sənədləri təqdim edərkən ondan istifadə etməyə imkan verəcək.

"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mərkəzləri "elektron imza"ların kütləvi istifadəsinə hazırdır", - məlumatda deyilir.

Qanuna görə, elektron imza 3 illik müddətə verilir. TQDK isə təklif edir ki, bu müddət az olsun. Müddətin az olması həm də elektron imzanın qiymətinin ucuz olmasına zəmin yaradır.

Elektron imza fərdi şəxslərə 20-30 manata verilir.

Azərbaycanda ERİ-nin verilməsinə sentyabrın 7-dən başlanılıb.

OXŞAR XƏBƏRLƏR