Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin (MİM) açılışı olub.
AZXEBER.COM xəbər verir ki, müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak edib.
RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək.
Nazirin müşaviri Müşfiq Əmirov məlumat verib ki, mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.