Rabyotu almaq istəyən "Qalatasaray" problemlə üzləşdi

İDMAN
16:39 03.07.2024
180
Türkiyənin "Qalatasaray" klubu Adrien Rabyotun transferi üçün hərəkətə keçib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun şərtlərini qəbul edən "Sarı-qırmızılar" problemlə üz-üzə qalıb.
 
"Yuventus" ilə müqaviləsi bitən Rabyot Türkiyəyə gəlməyə razı salmaq əsas çətinliyə çevrilib. O karyerasını Avropa klublarının birində davam etdirmək niyyətindədir. 

Bu mövsüm 35 matçda meydana çıxan fransız futbolçu, 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bazar dəyəri 35 milyon avroya bərabər olan Rabyotun İtaliya klubu ilə müqaviləsi 1 iyulda başa çatıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR