Radikal müxalifət erkən seçkilərdən niyə qorxur?

Radikal müxalifət erkən seçkilərdən niyə qorxur?
SİYASƏT
18:05 08.12.2023
323
"Prezident cınab İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamına ilk etirazın AXCP sədri Əli Kərimli tərəfindən gəlməsi heç kəsdə şübhə doğurmadı. Sosial bazadan, komandadan məhrum olan, "bir sədr, bir papkadan” ibarət AXCP guya vaxtında keçiriləcək prezident seçkilərində iştiraka hazırdır? Bu gün radikal müxalifət hətta bələdiyyə seçkilərində iştirak etmək gücündə deyil. "Bu hakimiyyət Qarabağı alsa, qulağımı kəsərəm” düşüncəsində olan radikallar sosial dayaqlarını çoxdan itiriblər. İndi onlar strateji hədəflər uğurunda deyil, merkantil maraqlar üçün çabalar göstəririlər”.

Bunu AZXEBER.COM-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Onun sözlərinə görə, 7 fevral 2024-cü ildə prezident seçkilərinin keçirilməsi barədə qərar radikal müxalifət, xüsusilə də, Milli Şura və onun əsas qüvvəsi olan AXCP-nin kefinə soğan doğradı: "İllərdir ki, radikal müxalifət qüvvələrini bəsləyən, onlara donorluq edən beynəlxalq təşkilatlar, xarici ölkələr tələb edirlər ki, seçki prosesində iştirak edib öz güclərini ortaya qoysunlar. Özlərini xarici qüvvələrə ölkənin ana müxalifəti, ən geniş sosial bazası olan siyasi partiya kimi təqdim edənlər çıxılmaz vəziyyətdə qalıblar. Radikallar bütün söyüşcül tərəfdarlarını sosial şəbəkələrdə aktivləşdiriblər ki, ölkədə siyasi gərginlik yaratsınlar. Dövlət xadimləri, polislər bəlli kəsimlər tərəfindən təhqir olunur, onlara qarşı gözdənsalma kampaniyası aparılır. Seçki prosesində bu kampaniyanın daha da güclənəcəyi gözlənilir. AXCP və Milli Şura adlanan dərnəklərin seçkilərlə bağlı düşüncələri sağlam məntiqə söykənmir. Siyasi Partiyalar Haqqında qanuna əsasən siyasi partiyalar seçki prosesində iştirak etməlidirlər. Milli Şurada olan partiyalar heç bir seçkidə iştirak etmirlər. Əsas işləri seçki prosesinə kobud müdaxilələr etmək, mühacir alverilə məşğul olmaqdır. Əslində onlar insan alveri ilə məşğul olurlar. 5 min üzvlük siyahını hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməyi bacarmayan siyasi partiyalar, əsasən də, AXCP 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə qatılmamaq üçün bəhanələr axtarışındadırlar. Qeyd edirlər ki, qərar qəfil verilib, onlar seçkiyə hazır deyirlər və s. Əslində bunlar bəhanədir. Hər bir siyasi partiya seçki bitəndən dərhal sonra növbəti seçkilərə hazırlaşmalıdır. Prezident seçkilərilə bağlı verilən qərar bütün siyasi partiyaların təmsilçilərinin ürəyincə olmalı və seçkiyə hazırlaşmalıdırlar.

R.Alıyev bildirdi ki, Milli Şura adlı dərnəyin tərəfdarları yoxdur: "Bilirlər ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran AXCP kimi partiyalar başqa heç bir siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorlarına hesabatlar verməklə məşğuldurlar. Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə bar-bar bağırırlar ki, erkən seçki qərarı onları qəfil yataqda yaxaladı. Radikal müxalifət sadəcə olaraq seçkilərdə iştirak etmək istəmir. Yaxşı başa düşürlər ki, xalqımız ona qalibiyyəti bəxş edən liderini unuda bilməz. Ona görə də indidən qarayaxma kampaniyasına başlayıblar. Bir sözlə, heç bir sosial bazası və tərəfdarı olmayan siyasi partiyaların çətin günləri başlayır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO