'Radikal müxalifət üçün vətən, dövlət və millət marağı yoxdur' - YAP rəsmisi
MAQAZİN
13:03 13.06.2012
1843
"Müxalifət partiyaların bəyanatları və hansı addım atmaları bizi narahat etmir. Sadəcə olaraq, xalqımız onların nəyə qadir olduqlarını və kimlər olduğunu bir daha müəyyən etdi".AZXEBER.COM-un məlumatına görə, bu fikirləri YAP-ın rəsmi saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.S.Novruzov bildirib ki, radikal müxalifət üçün vətən, dövlət, millət marağı yoxdur. Onun sözlərinə görə, bu dairələr yalnız özlərinin və qulluq etdikləri ağalarının marağını güdürlər: "Təbii ki, onlar siyasətin arxivindədirlər və son hərəkətləri ilə arxivdəki yerlərini daha dərinləşdirirlər. Ölkə vətəndaşları, cəmiyyətimiz ümummilli məsələlərdə müxalifət düşərgəsinin həmrəyliyinin şahidi olmayıb. Xüsusilə, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində əllərindən gələni etdilər ki, ölkəmizin imicinə zərbə vursunlar. Belə qənaətə gəlmək olur ki, sabah ordumuz torpaqlarımızı azad etməyə başlayanda, bu cür arxadan xəncər vuranlar nə oyundan çıxa bilərlər. Bir müddət əvvəl xeyli əcnəbi jurnalist ölkəmizdə səfərdə oldu.