Radikal müxalifətin 'analıq' davası davam edir

Radikal müxalifətin
Siyasət
12:51 01.05.2013
2407

Dağıdıcı müxalifət düşərgəsindəki “birincilik” qarşıdurması hər gün daha da alovlanmaqdadır. Daha çox seçkilər öncəsi zühur edən bu qarşıdurma hətta söyüş, təhqir səviyyəsinə çatıb.

Təbii ki, siyasi mübarizədə təhqir siyasi intellektin zəifliyinin, sivil mübarizə metodlarının kasadlığının sübutudur. Bu bir siyasi reallıqdır ki, bu tip cahil və zəif müxalifət cəmiyyətin bəlasıdır, onun inkişaf tendensiyasına mane olan qüvvədir. Ona görə ki, ictimai-siyasi həyat güclü hakimiyyət kimi güclü və konstruktiv müxalifətin mövcudluğunu da tələb edir.

Sözügedən tendensiya ona görə dəyərlidir ki, hakimiyyətlə müxalifətin sivil siyasi mübarizəsi lokomotiv funksiyasını daşıyaraq ölkəni daim irəli aparır, mübarizələr meydanında siyasi əxlaqı və davranış qaydalarını birmənalı olaraq müsbət səmtə istiqamətləndirir.

İnkişaf etmiş Avropa ölkələrinin nümunəsində məğlub olan siyasi qüvvələrin qələbə qazananları təbrik edərək bir-birlərinin əlini sıxması məhz siyasi əxlaqın təntənəsidir. Bu kimi ciddi siyasi davranışların ölkəmizdə hələ də tam oturuşmamasının tək səbəbkarı müxalifətin fəaliyyətinin dağıdıcı istiqamətdə olmasıdır.

20 il ərzində ölkədə keçirilən seçkilərin hamısında ağır məğlubiyyətlərə uğrayan müxalifətin dağıdıcı hissəsi bu dövrlərdə məğlubiyyətlərinin siyasi təhlillərini apararaq nəticələrdən dərs almaq və siyasi təcrübələrini, çevikliklərini artırmaq əvəzinə dövlətin və hakimiyyətin əleyhinə daim böhtan və qərəz kampaniyası aparmaqla məşğul olublar.

Ötən illər ərizində siyasətdən kənarda qalan, amma onu kifayət qədər ciddi izləyən seçici kütləsi bir həqiqəti anladı ki, artıq ölkənin inkişafı populist və mənasız bəyanatlar verənlərdə deyil, ciddi iqtisadi inkişafa nail olan, ölkənin beynəlxalq nüfuzunu yüksəldən, təşəbbüskar və bacarıqlı, qətiyyətli, müdrik siyasətçilərdədir. Azərbaycan seçicisi bu haqlı niyyətini ortaya qoymaqla düzgün qərar verdiyini dəfələrlə təsdiq etmişlər.

Məhz bu tendensiyanın dağıdıcı müxalifət düşərgəsində bu gün də davam etməsi, partiya sədrlərinin qeyri-siyasi və qeyri mədəni davranışları həmin partiyaların çöküşünü sürətləndirən əsas faktorlardır.

Belə ki, hər dəfə seçki kampaniyası ərəfəsində siyasi partiya rəhbərləri diqqət mərkəzinə düşmək üçün müxtəlif vasitələrə əl atırlar. Bəzən dağıdıcı müxalifət xalq arasında nüfuz əldə edə bilmədikdə qeyri-qanuni vasitələrlə bunu əvəzləmək istəyir.

Məqsəd diqqəti özünə yönəltməklə varlığını nümayiş etdirməkdir. Dağıdıcı müxalifət sosial baza baxımından çox zəifdir. Bunun mühüm səbəbi isə onların indiki şəraitdə hakimiyyətin yürütdüyü siyasətə alternativ bir proqramı ortaya qoya bilməməsidir.

Belə olan halda müxalifətin dağıdıcı qanadı pozuculuğa meyil göstərir. Burada bir məqamı da qeyd etmək gərəkdir ki, dağıdıcı müxalifət düşərgəsindəki başıpozuqluq və qaragüruhçuluq o səviyyəyədək yüksəlibdir ki, onlar hətta bir-birlərini xainlikdə, səbatsızlıqda, siyasi boşboğazlıqda ittiham etməkdədirlər.

İndi AXCP-Müsavatın ana müxalifəti kimdir qarşıdurması bir söyüş kampaniyasına çevrilib. Hətta bu qarşıdurmanı ironiya ilə belə də ifadə edirlər- dağıdıcı müxalifətin anası kimdir, atası kim. Eyni zamanda, bu qarşıdurmaya biri də əlavə olunub. Bu Açıq Cəmiyyət İnstitutu ilə Müsavat arasındakı təhqir kampaniyasıdır. Belə ki, ACP-Müsavat arasında gedən amansız mübarizədə sonuncu təhqir Rəsul Quliyevdən gəlmişdi.

Xatırladaq ki, ACP “lideri” Azərbaycana geri dönməsi ilə bağlı “müraciətə” imza atmadığına görə, Müsavat başqanını birbaşa “oyunbaz” və “artist” adlandırmış və əlavə etmişdir ki, Müsavat başqanı bu oyunu ilə onu xeyli “feyziyab” edib.

Bu arada müsavatçı Arif Hacılı qəti şəkildə bildirib ki, Müsavat Partiyası bundan sonra heç bir sahədə ACP “lideri” R.Quliyevlə əməkdaşlıq etməyəcək. O deyib ki, 2013-cü il prezident seçkilərində Rəsul Quliyevi öz seçki komandamıza daxil etmək niyyətimiz yoxdur. Ona görə ki, onun Azərbaycan siyasətində təsir imkanları sıfır səviyyəsindədir.

ACP sədrinin müavini Zəminə Dünyamalıyeva da Müsavat rəhbərliyinə qarşı sərt ifadələr işlədib və bildirib ki, əgər kimsə belə insanlarla siyasi tərəfdaşlıq etmək istəyirsə, harasa getməyi düşünürsə yanlışlığa yol verir.

Dağıdıcı müxalifət düşərgəsində gerçəkləşən bu rəzilliklər bir daha göstərir ki, onların builki seçkilərdəki məğlubiyyətləri də qaçılmazdır. Xüsusən, bu vəziyyət dağıdıcı düşərgədə qlobal xarakter almaqla bütün partiyaları əhatə edir. /// ikisahil 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək