İspaniyanın paytaxtı Madriddə karate üzrə dünya çempionatında Rafael Ağayev bürünc medal qazanıb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bürünc medal uğrunda mübarizədə idmançımız özbəkistanlı Dastanbəy Atabalayevlə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada beşqat dünya çempionumuz 2:1 hesablı qələbə qazanaraq, turnirin bürünc medalına sahib olub.