Rafael Ağayev ikinci oyunda da qələbə qazandı: 5:0

Rafael Ağayev ikinci oyunda da qələbə qazandı: 5:0
İDMAN
13:52 06.08.2021
739

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

AZXEBER.COM-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.

O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisi üçüncü qarşılaşmasını Nurkanat Ajiqanova (Qazaxıstan) qarşı keçirəcək.

A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

OXŞAR XƏBƏRLƏR