Rafael Ağayev Tokio-2020-yə qələbə ilə başladı

Rafael Ağayev Tokio-2020-yə qələbə ilə başladı
İDMAN
12:39 06.08.2021
521
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

AZXEBER.COM-un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.

Ağayev rəqibini 2:1 hesabı ilə üstələyib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

OXŞAR XƏBƏRLƏR