Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
AZXEBER.COM-un məlumatına görə, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.
Ağayev rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
Rafael Ağayev bununla da yarımfinala vəsiqəni təmin edib və ən azından bürüc medalı təmin edib.