Rafael İsgəndərovun qızının toyundan Fotolar - Video

Rafael İsgəndərovun qızının toyundan Fotolar - Video
SOSİAL
10:27 14.12.2016
12259
Bu gün paytaxt restoranlarının birində əməkdar artist Rafael İsgəndərovun qızının toyu keçirilir.


Əməkdar artistin qızı Gülarə, Ələsgər adlı bəylə nikah masasına əyləşib. 

Bəy və gəlin restorana 19:15 radələrində daxil olublar. Onları gecənin aparıcısı Nəsib Nur salamlayaraq, sözü musiqiyə verib. Səbəbkarlar özəl günlərində məşhur türk mahnısı "Bağdad”ın sədaları altında rəqs ediblər. 

Bundan sonra məclis daha da rəngarəng olub. Belə ki, toya dəvət olunan müğənnilər bir-bir səhnə alaraq, öz musiqi hədiyyələrini bəy və gəlinin şərəfinə oxuyublar.
 
Onu da əlavə edək ki, gecədə əməkdar artist Mehriban Xanlarova, Sənubər İsgəndərli, Nahidə Orucova, Coşqun Rəhimov, Zaur Əmiraslanov, Babək Niftəliyev, müğənni Rəşad İlyasov, aparıcılar Kamilə Babayeva, Hacı Nuran, Saleh Bağırov və başqaları iştirak edirdi.
///Lent.az


 
 

 

 

 

 

 

 



 

 



 

 

 

 

 


 

 



 

 

 

 

 
OXŞAR XƏBƏRLƏR