Rafael Nadal İspaniyanın Madrid şəhərində keçirilən "Masters” kateqoriyalı turnirin 1/8 final mərhələsində məğlub olduqdan sonra azarkeşləri ilə vidalaşıb.
Məlumata görə, raketka ustası gənc tennisçi İrji Leqeçkaya iki setdə 7:5, 6:4 hesablı məğlubiyyətindən sonra fanatları ilə sağollaşıb.
Dünyanın keçmiş birinci raketkası 2008, 2010, 2013, 2014 və 2017-ci illərdə Madriddə əldə etdiyi qələbələri göstərən pankart açaraq, gələn il buraya özü də azarkeş kimi gələcəyini vəd edib.