Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasında (AES) nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu o, Rusiyanın Kurçatov şəhərinə səfəri zamanı deyib.
R.Qrossi bildirib ki, o, rusiyalı ekspertlərlə birlikdə nüvə insidentinin qarşısının alınmasının yollarını təhlil edəcək: "Bu gün mənə Kursk Atom Zavodunun ərazisinə və obyektlərinə bir neçə dron zərbəsi barədə məlumat verilib. Stansiyada olarkən bu zərbələrin izlərini gördüm”.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti və BAEA-nın Ukraynadakı mövcudluğunun genişləndirilməsi məsələsini müzakirə edəcək.