Türkiyənin tanınmış müğənnisi Rafet El Roman keçmiş həyat yoldaşı Tuğba Altıntopu özündən çıxardıb.
AZXEBER.COM-un məlumatına görə, Tuğba Altıntop Almaniyada yaşayan qızları ilə bir həftədir ki, Bodruma istirahətə gəlib.
Həmin gündən bir gün öncə isə Rafet El Roman da nişanlısı Ceren Kaplakarslan ilə Bodruma gəlib. Bu zaman surpriz görüşdən məmnun qalmayan keçmiş cütlüklər arasında xoşagəlməz olay baş verib. Belə ki, Rafet El Roman qızları ilə indiki nişanlısı Ceren Kaplakarslanla münasibətin olmamasını istəyib. Tuğba özündən çıxaraq “Məni ancaq qızlarımın psixoloji vəziyyəti maraqlandırır, sənin şəxsi həyatın maraqlandırmaz” deyib.
Qeyd edək ki, Rafet El Romanın biri 16, digəri 13 yaşında olmaqla iki qızı var.
Fatimə İbrahimova