Rafiq Əliyev Çingiz Abdullayevə cavab verdi

MARAQLI
06:49 09.06.2011
3224
Mərasimdə yaşananlara münasibətini bildirərkən Ç.Abdullayev qeyd etmişdi: “Abırlı adam istəyir öz abrını saxlasın. İnanıram ki, Rafiq Əliyev də, Cəmil Həsənli də çıxacaq. Əminliklə deyirəm ki, Rafiq Əliyev bilmir. Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu və başqaları nə baş verdiyini bilmirlər”

Lakin tanınmış yazıçıdan fərqli olaraq, adını çəkdiyi şəxslərdən biri, tanınmış alim-ziyalı, professor Rafiq Əliyev mərasimlə bağlı deyilən fikirləri bölüşmür. Yaranmış vəziyyətlə bağlı professor Rafiq Əliyev a açıqlamasında bildirmişdir: “Mənim fikrim birmənalıdır: Bu seçki tam obyektiv, tam düzgün keçirilmiş bir seçkidir. Ona görə çox adamların xoşu gəlmir ki, biz hələ seçimə öyrəşməmişik. Gərək seçimdə inhisar olsun, onu istəyirlər. Burada bu inhisar olmadı. Əvvəla, orada elə adamlardır ki, bu yaşa gəlib çatıblar ki, onlara kim təsir edə bilər ki, buna səs vermə, ona səs ver?! Hamının adının altında imzası var. Sabah çap olunacaq ki, kim kimə səs verib”.

Keçmiş həmkarının onun münsiflər heyətindən istefa verə biləcəyi fikrinə münasibətini açıqlayarkən R.Əliyev demişdir: “Nəinki istefa vermək, mənə Allah nə qədər ömür versə, əlimdən nə gəlir, onu edəcəm. Çünki bu, Azərbaycan ədəbiyyatı üçün çox böyük bir təkandır, xüsusən də gənclər üçün böyük bir impulsdur.

Söhbət ondan gedir ki, biz iqtisadiyyatda, elmdə, başqa sahələrdə inhisara öyrəşmişik. İndi də fikrə inhisar tətbiq etmək istəyirlər. Bu da dəhşətdir. Fikrə inhisar tətbiq etmək mümkün deyil. Mənim nöqteyi-nəzərimcə, bu əsər yaxşıdır, onun nöqteyi-nəzərincə, o biri əsər yaxşıdır. Bu, mənim fikrimdir. Kimsə mənim fikrimə inhisarçılıq qoya bilər? İndi tutaq ki, bir adam, ya beş adam desin ki, yox biz yazıçıyıq, ya da biz çox məşhur adamıq, biz belə hesab edirik. Elədirsə, onda bu seçki nəyə lazımdır?! Onda 17 nəfər nəyə lazım?”

OXŞAR XƏBƏRLƏR