Rafiq Əliyev: “Həyatda kişi kimi yaşamaq lazımdır!” (MÜSAHİBƏ)

Rafiq Əliyev: “Həyatda kişi kimi yaşamaq lazımdır!” (MÜSAHİBƏ)
MARAQLI
07:02 08.06.2011
2599
Rafiq müəllim müsabiqənin nəticələri barədə fikirlərini bölüşüb, qarşılıqlı ittihamlara münasibət bildirib. AZXEBER.COM portalı həmin müsahibəni təqdim edir 

- Rafiq müəllim, MKM “İlin ən yaxşı əsəri” müsabiqəsinin nəticələrini və prosesin özünü necə qiymətləndirirsiniz?

- Çox adekvat və düz qiymətləndirirəm. İnsanları lərzəyə salan odur ki, ilk dəfə normal seçki keçirmək istəyirdilər və açıq səsvermə olub, hamının da imzası var, yəni hamı kimin kimə səs verdiyini bilib. Görünür, bu cür səsvermə hələlik Azərbaycan reallığında özünə yer tapa bilmir.

- Söylədiniz ki, nəticəni adekvat və düz qiymətləndirirsiniz. Bəs niyə qalmaqal yaranıb?

- Həm Sizin qəzetdəki müsahibəmdə, həm də əvvəlki yazılarımda bildirmişdim ki, başqa sahələrdə, məsələn, ticarətdə siqaretin, bananın, kartofun üzərində inhisar olmamalıdır. Bu duruma birtəhər dözmək olar. Amma elmdə inhisar olmamalıdır, təəssüf ki, bu var. İndi isə görünür, fikrə də monopoliya qoymaq istəyirlər. Mən yalnız bununla izah etmək istəyirəm ki, fikrə monopoliya qoyurlar, yəni “biz dediyimiz keçməlidir” düşüncəsi ilə. Mənim üçün müsabiqəyə əsər təqdim edən yazıçının iqtidar, yaxud müxalifət yönümlü olmasının heç bir fərqi yoxdur. Səmimi deyirəm, Pərvizin hansı siyasi yönümlü qəzetdə çalışdığını, haralı olduğunu bilmirdim. Mən ona 10 bal vermişəm və hesab edirəm ki, təqdim olunan əsərlər içərisində ən yaxşısı Pərvizin romanıdır. Bu barədə fikrimi Rəşad Məcidə də söylədim. O, çıxıb gedəndə dedim ki, Rəşad, sən yazıçısan, redaktorsan, axı səndə dəqiqlik olmalıdır, deyirsən qruplaşma olub, kim qruplaşıb, niyə yazmırsan?! Cavab verdi ki, sonra yazacaq, bildirdim ki, yox, elə indidən yaz. Söylədi ki, Rafiq müəllim, bunun Sizə qəti aidiyyatı yoxdur, Sizi bütün ölkə tanıyır. Dedim ki, qruplaşmanın olduğunu yazırsan, bax, mən Münsiflər Heyətinin üzvüyəm, kimlə qruplaşmışam?! İkinci, Pərviz bu məsələlərə çox yaxşı cavab vermişdi, o, demişdi ki, Rüstəm İbrahimbəyova, Rafiq Əliyevə, Cəmil Həsənliyə kim və hansı qruplaşma təsir edə bilər? Bilirsiniz, mən indiyə qədər necə yaşamışamsa, o cür yaşayacağam, əqidəmi dəyişən adam deyiləm. Elə həmin gün axşam Rəsul Rza haqqında filmin nümayişində Rəşad Məcidlə bir daha görüşdük, tədbirdə bir oğlan mənə yaxınlaşıb dedi ki, Rafiq müəllim, niyə adınızı belə şeylərə bulaşdırırsınız? Cavab verdim ki, nəyə bulaşdırıram, əgər 10 dəfə səs versəydim də, yenə Pərvizə səs verəcəkdim. O zaman İTV-nin əməkdaşı Anar Yusifoğlu dedi ki, Rafiq müəllim, daha onların sözü yoxdur. Axı daha nə söz ola bilər ki? Həyatda kişi kimi yaşamaq lazımdır!

- Ancaq xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, Siz də, Cəmil Həsənli də, Rüstəm İbrahimbəyov da nə baş verdiyini bilmirlər, biləndə qurumdan istefa verəcəklər. Bu fikirlərin əsası varmı?

- Qəti düz deyil və Çingiz müəllimlə də söhbətim olub. İkincisi, Çingiz niyə mənim, yaxud Rüstəm İbrahimbəyovun adından danışır? Mən Natiq Cavadlının adından danışa bilərəmmi? Allah ömür versə, mən gələn il də Nigar xanıma köməklik edəcəyəm. Cəmil müəllim bir gün əvvəl Azadlıq Radiosunda bildirib ki, heç bir sponsor kömək etməsə belə , Rafiq Əliyevlə o əlindən gələni edəcək ki, gələn il müsabiqə baş tutsun. Bəli, Cəmil müəllimin ərki çatır bunu deməyə. Bilirsiniz, bu cür gözəl işi kiməsə yarınmaq üçün siyasiləşdirmək doğru deyil.

- Ancaq Rəşad Məcid bu müsabiqənin siyasi aksiya olduğunu bildirir. Siz müsabiqənin gedişində siyasi elementlər gördünüzmü?

- Xeyr. Kimə qarşı siyasi element ola bilərdi? Bu, ədəbiyyat müsabiqədirsə, nə siyasi aksiya ola bilər? Nə mitinq, nə siyasi akt keçirirlər. Əsərə qiymət veriblər, vəssalam! Bəs niyə o birini demirlər, Məqsəd Nura da yüksək bal vermişdim, bunu nədən söyləmirlər?

- Müsabiqədə AYB ilə AYO arasında bir yarışmanın olduğu və qalmaqalın bundan yarandığı iddia olunur…

- Bilirsiniz ki, Sizinlə həmişə səmimi olmuşam, inanın ki, bunlardan xəbərim yoxdur. Müsabiqəyə qatılanlardan kimin AYB üzvü olması, yaxud olmamasından xəbərsizəm. Mən yalnız əsərə qiymət vermişəm. Əgər onun əvəzinə Natiq Rəsulzadənin əsəri xoşuma gəlsəydi, ona yüksək bal verərdim.

- Pərvizin romanından başqa daha hansı əsərləri yüksək qiymətləndirirsiniz?

- Mən Məqsəd Nura və Pərvizə yüksək qiymət vermişəm. Mənim ballarım sırasında 2-3 yoxdur, minimal qiymətim təxminən 5 olub.

- Sizcə, baş verən qalmaqal Azərbaycan ədəbiyyatına müsbət impuls verəcəkmi?

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO
22:38 07.05.2025
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - VİDEO
Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
22:30 07.05.2025
Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ediblər
Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"
22:25 07.05.2025
Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb"
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
22:03 07.05.2025
İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
21:53 07.05.2025
Nəsimi rayonunda baş verən yanğın söndürülüb
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
21:46 07.05.2025
Azərbaycan Prezidentinin Vyetnam KP MK Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
21:41 07.05.2025
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
Sahibə Qafarova Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
21:34 07.05.2025
Sahibə Qafarova Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
21:27 07.05.2025
To Lam Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif edib
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
21:13 07.05.2025
Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar - FOTOLAR
21:09 07.05.2025
Özbəkistandan olan nümayəndələr Azərbaycanın dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar - FOTOLAR
İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum oldu
21:04 07.05.2025
İlham Əliyevin Moskva səfərinin təxirə salınmasının səbəbləri məlum oldu
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
20:58 07.05.2025
Prezident və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında
Sabirabadda kişi küçədə özünü asdı
20:52 07.05.2025
Sabirabadda kişi küçədə özünü asdı
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
20:47 07.05.2025
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
20:39 07.05.2025
Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb