Rahiblər məscidə hücum edib imamı döydülər

DÜNYA
11:20 03.07.2014
1483
Myanmada buddist rahiblər məscidə hücum ediblər. 
Ölkənin ikinci ən böyük şəhəri Mandalayda baş verən zorakılıqlar zamanı azı 4 nəfərin xəsarət aldığı bildirilir. Buddizm tərəfdarları məscidin pəncərələrini sındırıb, axundu döyüblər. Zorakı fəallar, eyni zamanda, müsəlmanların mağazalarına basqın edib, ticarət mərkəzini yandırmağa çalışıblar.
Lakin təhlükəsizlik qüvvələri bu cəhdin qarşısını alıb. Dava-dalaşın düşməsinə səbəb isə, iddialara görə, kafe sahibinin buddist qadına qarşı cinsi zorakılıq törətməsi olub. Polis faktı təsdiqləməyib. Təhlükəsizlik qüvvələri 300-ə yaxın etirazçını dağıtmaq üçün rezin güllələrdən istifadə edib.
Myanmada müsəlmanlara qarşı təzyiqlər 2012-ci ildən sonra daha da şiddətlənib. Buddist rahiblərlə qarşıdurmalar zamanı 280 nəfər ölüb, 140 min insan evsiz qalıb.
OXŞAR XƏBƏRLƏR