'Ramazan ayı başa çatandan sonra Bakıdan İstanbula qayıdacağam'

MAQAZİN
15:00 01.08.2013
1579

Ramazan ayında oruc tutub, ibadətlə məşğul olan Rəqsanə İsmayılova yaradıcılıq işləri ilə də məşğul olur.

MüğənniGün.Az-a açıqlamasında sentyabrda Yaşıl Teatrdakı konsertinə ciddi hazırlaşdığını deyib.Bildirib ki, sentyabrın 11-12-də konserti zamanı solo çıxış edəcək. R.İsmayılova konsertlə yanaşı yeni klipi haqqında da danışıb:“Ramazan ayı başa çatandan sonra Bakıdan İstanbula qayıdacağam. Orada konsertin məşqləri başlayacaq. Hazırda isə çəkiləcək klipin geyimləri tikilir. İki klip çəkiləcək.Heyətlə müqaviləmiz olub. Qərara gəldik ki, klipin biri konsertimdə yeni albomumla birlikdə təqdim olunsun. Başqa sürprizlər də gözlənilir. Digər klipin yayımı sentyabrın sonuna nəzərdə tutulub. Klipin rejissoru Murat Küçükdür”.Rəqsanə onu da deyib ki, Bakıda nəzərdə tutulan yaradıcılıq planlarının həllində prodüser Tolik onun yanında olacaq.

OXŞAR XƏBƏRLƏR