AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, şadlıq saraylarından bildirildi ki, yanvar-fevral aylarında toy mərasimlərinin sayı azalır. Eyni vəziyyətin bu il də davam etdiyi qeyd olunur.
Şadlıq evlərinin inzibatçıları deyirlər ki, bu il Ramazan ayı ərəfəsində gözlənilən toy canlanması müşahidə olunmur və bunun bir neçə səbəbi var.
Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir.
Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.










































