İsrailli deputatın açıqlaması qalmaqala səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yəhudi Güc Partiyasının millət vəkili Almoq Koen İsrailin Kanal 14 televiziyasında qatıldığı proqramda ölkəsinin Qəzzaya hücumları ilə bağlı qalmaqallı açıqlamalar verib.
Fələstinlilərin sığındığı Rəfaha mümkün quru hücumu ilə bağlı ABŞ administrasiyasının mövqeyi ilə bağlı suala Koen, "Rəfaha quru hücumu ilə bağlı qərar Baş nazir Benyamin Netanyahuya məxsusdur” deyə cavab verib.
Ramazan ayı olduğu üçün İsrailin Rəfaha niyə qurudan hücum etmədiyini anlaya bilmədiyini deyən Koen, "Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır. Onlar yorğun və zəifdirlər" deyə bildirib.
Gülay