Ramazan ayının başlaması ilə bağlı fətva verildi

Ramazan ayının başlaması ilə bağlı fətva verildi
SOSİAL
12:12 27.02.2025
1327
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

AZXEBER.COM-un məlumatına görə, fətvada deyilir:

"Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/20 saylı 18 fevral 2025-ci il tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək". 

Fətvada qeyd olunub ki, bu ilki Ramazan Novruz günlərinə təsadüf edəcək:

"Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir.  Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir".

QMİ vurğulayıb ki, çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.

"Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin". 

Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib.

"Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:26 09.05.2025
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanda bəzi çaylarda sululuq artıb
10:20 09.05.2025
Azərbaycanda bəzi çaylarda sululuq artıb
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
10:01 09.05.2025
Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar
Günün şanslı bürcü hansılardır?
10:00 09.05.2025
Günün şanslı bürcü hansılardır?
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
09:46 09.05.2025
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər
Hindistan Ərəb dənizindəki Pakistan hədəflərini vurdu
09:26 09.05.2025
Hindistan Ərəb dənizindəki Pakistan hədəflərini vurdu
ABŞ müdafiə naziri transgender hərbçilərin ordudan çıxarılması ilə bağlı əmr imzalayıb
09:17 09.05.2025
ABŞ müdafiə naziri transgender hərbçilərin ordudan çıxarılması ilə bağlı əmr imzalayıb
Anqola lideri İlham Əliyevə zəng edib
09:02 09.05.2025
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
08:50 09.05.2025
Prezident Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib - FOTO
"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür
02:29 09.05.2025
"Napoli" "Mançester Siti"nin vingerini heyətinə qatmağı düşünür
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var
01:21 09.05.2025
Tramp: Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tərəqqi var
Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq
00:36 09.05.2025
Aİ Ukraynanın demilitarizasiyasına qarşı çıxacaq
Ceyhun Bayramov Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, Hindistanın hücumlarını pisləyib
23:57 08.05.2025
Ceyhun Bayramov Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, Hindistanın hücumlarını pisləyib
“23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar”
23:45 08.05.2025
“23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar”
12 yaşlı uşaq velosipeddən yıxılaraq komaya düşdü
23:39 08.05.2025
12 yaşlı uşaq velosipeddən yıxılaraq komaya düşdü
ABŞ dövlət katibi Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb
23:18 08.05.2025
ABŞ dövlət katibi Hindistan - Pakistan gərginliyinin dərhal azaldılmasına çağırıb