Ramzan Kadırov koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilidi

Ramzan Kadırov koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilidi
DÜNYA
23:46 21.05.2020
1479
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxduğu deyilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvbəl Ramzan Kadırov səhhətindən şikayət edib. Amma bunu qripin simptomları kimi qəbul edib.
 
Vəziyyəti daha da pisləşən başçıya həkimlər xəstəxanaya müraciət etməsini məsləhət görüblər.

Xəstəxanada müayinə olunan Kadırova ağciyərinin iltihablaması və koronavirus şübhəsi diaqnozu qoyulduğu deyilir.

Çeçenistan rəhbərliyi və hökumət başçıları İnformasiya İdarəsindən isə Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlara şərh verməkdən imtina ediblər.

"RİA Novost” də tibbi dairələrdəki mənbəyə istinadən məlumat verib ki, Ramzan Kadırov Moskvada xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR