Ramazanda aclıq hiss etməməyin ən gözəl yolu - HƏKİM MƏSLƏHƏTİ

MƏDƏNİYYƏT
14:50 30.07.2013
2510

Aclığı hiss etməməyin ən yaxşı yolu çox danışmamaqdır.

Orucluqda aclıq hissini duymamaq, zamanın tez keçməsi üçün bəzi insanlar günortalar 1-2 saatlıq, bəziləri isə axşamadək yatmağı seçirlər. Mütəxəssislər isə bu cür fikirlərin səhv olduğunu bildirirlər. Belə ki, oruc insanların hədsiz yatması metabolizmanın surətini azaldaraq artıq kilo almağa səbəb ola bilər.

Türkiyəli professorlar xüsusilə də Ramazanda qidalanmaya ciddi diqqət etmək lazım olduğunu bildiriblər. Onlar insanları iftarda ağır, kalorili yeməklərdən uzaq durmağa çağırıb. Bildirilib ki, iftar üçün ən ideal qidalar meyvə, süd, yoqurt və bitki çaylarıdır. Bəzi insanlar Ramazanı fürsət bilərək arıqlamaq üçün təkcə iftarda yeməyi seçirlər. Amma unutmaq lazım deyil ki, imsakda yeməmək insanlarda artıq kiloların yaranmasına səbəb ola bilər. İftara qədər hədsiz ac olmağımız iftar süfrəsində tez-tez yeməyimizə səbəb olur. Əslində, bu normal haldır. İnsan ac olduqda tez-tez yeyir. Amma mütəxxəssislər iftarda tez-tez yeməyin ani təzyiq artmasına səbəb ola biləcəyini bildirirlər. Bu cür hallardan uzaq olmağın ən gözəl üsulu isə iftarı şorba ilə açmaqdır.

Gün boyu aclıq hiss etməməyin ən böyük sirri isə çox danışmamaqdır. Çox danışmaq aclıq hissini sürətləndirir. Belə ki, gün boyu sakit olmağınız aclıq hissini zəiflətməklə yanaşı, beyninizə də istirahət verməyə səbəb ola bilər. Qeyd edək ki, beynə verilən hər 1 dəqiqə istirahət  1 ay əlavə ömrə bərabərdir.

OXŞAR XƏBƏRLƏR