Ramazanda ağız qoxularından necə qurtulmaq olar? - Həkim məsləhəti

MƏDƏNİYYƏT
13:40 16.07.2013
7412

Ramazan ayında ağız qoxusunun artmasının səbəbləri nədir?

Ağız qoxusunun bir çox səbəbləri var. Mütəxəsislərin fikrincə, şəkər xəstəliyi, ağciyər qaynaqlığı, böyrək çatışmazlığı, diş və diş əti rahatsızlığı, mədə problemləri ağız qoxusunun başlıca səbəblərindəndir.

Bunlarla yanaşı, ağız qoxusunun yaranmasının əsas səbəbərindən biri də aclıqdır. Belə ki, aclıq bu qoxuları daha da şiddətləndirir. Xüsusən də, Ramazan ayında bir çox insanlar ağız qoxusu, ağızda yaranan qəribə dadlar ilə bağlı problem yaşayırlar. Ekspertlər bunun səbəbini aclıqla bağlı vücudda yaranan biokimyəvi bakteriyalaların ağızdakı susuzluqla birləşməsi ilə əlaqələndirir. Belə ki, orucluq zamanı qaraciyər onda toplanan şəkəri istifadə etdiyindən, bədəndə şəkərin miqdarı azalır. Bu da şəkərin azalması ilə nəticələnir. Bu zaman isə ağız boşluğunda bakteriyaların çoxalması prosesi baş verir. Sırfbu üzdənRamazanayındaoructutaninsanlarbuproblemidaha çoxyaşayırlar.

Bəs bu ay ərzində ağız qoxularından necə qurtulmaq olar?

Tüpürmək ağız qoxusunun yenilənməsinə şərait yaradır. Belə ki, tüpürmək həm də diş ətini yaxalama effekti ilə eyni ölçülür. Bu həm də ağız havasının yenilənməsinə səbəb olur. Bu cür xoşagəlməz qoxulardan sığortalanmaq üçün iftardan sonra kifayət qədər maye qəbul etmək də mütləqdir.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR