Ramazanda toy etmək olar? - Hacı Şahin cavablandırdı

SOSİAL
14:17 08.06.2016
2702

Ramazanda toy etmək olarmı? Ümumiyyətlə, orucluqda toy və yas mərasimləri necə olmalıdır?

AZXEBER.COM xəbər verir ki, bu suala Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli cavab verib.

İlahiyyatçının sözlərinə görə, adətən, Ramazan ayında toy edilmir. Bu, iftara qədər yemək yeyilməməsi ilə bağlıdır: "Ramazan ayında insanlar oruc tutduqlarına görə, iftara qədər yemək verilmir. Həm də bu, təkcə toylara aid deyil, yas mərasimlərində də iftara qədər yemək verilmir. Bu il Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin qarşısında belə bir məsələ qaldırıldı ki, əgər iftardan qabaq yemək veriləcəksə, yas mərasimlərində iştirak etməsinlər.Hacı Şahinin Həsənlinin sözlərinə görə, indi orucluq yaya düşdüyündən, iftar vaxtı saat 20:00-dan sonraya düşür və bu da toy etmək üçün münasib deyil. İlahiyyatçının bildirdiyinə görə, digər tərəfdən, Həzrəti Əlinin şəhid olduğu günlər Ramazan ayında olduğuna görə, xalqımız buna hörmət əlaməti olaraq Ramazan ayında toy etmir.

OXŞAR XƏBƏRLƏR