Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
SOSİAL
20:06 26.02.2026
402
Sabah Ramazan ayının 9-cu günüdür.
AZXEBER.COM xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 27-də Bakıda imsak saat 05:53-də, iftar isə saat 18:43-dədir.
Ramazan ayının 9-cu gününün duası:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
Tərcüməsi:
"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"