Fariz HacıyevQəhrəman oğlana Vətən nədir,torpaq nədir biləndə Gözlərinə qəhrəmanlıq yazıldı Xocalını gözü ilə görəndə, Ürəyinə qisas günü qazıldı İllər keçdi, qürbət elə yollandı Ana qəlbi yanar oda qalandı Ata bilir,oğul qisas alandı, Sağollaşır sanki sonuncu dəfə Gözü qara,bəxti qara mərd oğul! Torpaq ayrı,bu da ayrı dərd oğul! Ata dedi son sözünü oğluna Belə getdin,belə qayıt mərd oğul! Millətini uca tutur hər yerdə, Vətəninə xidmət edir səfərdəBirdən dığa azğınlaşır o yerdə, Bu vaxt qisas fantan vurur ürəkdə Ramil o an məhv eləyir düşməni Nə üzülür,nə bükülür fəxr edir Öz yerində otuzdurur düşməni, Nə sızlayır,nə inləyir fəxr edir Xəbər çatdı doğma elə,vətənə Həm ağlayır,həm fəxr edir milləti Ana deyir oğul fəda vətənə, Oğul çoxdan gözə alıb zilləti Bir erməni məhv edərək şərəflə Dörd divara həbs olunur qəhrəman Bir qansıza qan ağladıb nifrətlə, Ürəklərdə həkk olunur qəhrəman