Yazar SSRİ dağılanda oradakı türkdilli dövlətlərlə bağlı Türkiyənin gözləntilərinə toxunaraq, onların demokratikləşəcəyi haqda ümidlərin ötən 22 ildə doğrulmadığını iddia edib.
O Azərbaycanda xalqın narazılığı barıt çəlləyinə bənzədib. Köşə yazarı qeyd edib ki, dünyanın qaynayan bölgələri xəritəsində yəqin ki, Azərbaycan çox kiçik bir nöqtədir. Amma indi dünya diqqətli olmalıdır. Sonra çox gec ola bilər. Yazar dünyanı Azərbaycana diqqət ayırmağa çağırıb.
Daha sonra o Türkiyəni də tənqid edib. Amberin Zaman deyib ki, Türkiyənin də indiki vəziyyəti heç də yaxşı görünmür. Siyasi məhbusların vəziyyəti, onlarla jurnalistin həbxanada olmağı çox üzücü bir vəziyyətdir. Yazıdan məlum olur ki, Amberin Zaman bu köşəni kimlərinsə sifarişiylə yazıb. Əslində, bu yazının Türkiyə ictimaiyyətində rezonans doğurmaması çox təbiidir. Çünki Amberin Zamanı qardaş ölkədə heç kim ciddiyə almır. Gün.Az köşə yazarının kimliyi ilə bağlı kiçik araşdırma aparıb. Bu yazı vasitəsiylə Amberin Zamanı siz də yaxından tanıyacaqsız.
Amberin Zaman kimdir? Amberin Zaman Nyu-Yorkda doğulub. Atası banqladeşli, anası isə türkiyəlidir. Uzun illər ABŞ-da yaşayan yazar 2004-ci ildə amerikalı Jozef Penningtonla evlənib. Maraqlıdır ki, Amberin Zamanın adını „google“də axtarışa verəndə ilk olaraq qarşımıza bu sözlər çıxdı:
"Amberin Zaman kimlere hizmet ediyor?" "Amberin Zamanın kocası kim?" "Amberin Zaman türk düşmanlığı yapıyor".
Əslində, bu heç də təsadüfi deyil. Türkiyənin məşhur "Akşam" qəzetinin yazarı Oray Eğin 2 il öncə “Bu işin içinde bir koca var“ adlı yazısında Amberin Zamanı ifşa edir.
Yazıda qeyd olunur ki, Amberin Zamanın amerikalı həyat yoldaşı diplomatdır və o uzun illərdir ki, İrəvanda çalışır. Oray Eğin daha sonra yazısında bildirib ki, “Ermənilərdən özür diliyorum” kampaniyasının da arxasında da məhz bu köşə yazarı dururmuş. Hətta Amberin Zaman „Taraf“ qəzetinə yazdığı köşə yazısında özü özünü ifşa edib.
Belə ki, o adıçəkilən qəzetdə "Bu kampaniyanı dəstəkləyirəm" adlı yazı yazıb. Köşə yazarı tez-tez İrəvana gedib-gəldiyini də bildirib. Araşdırmamız nəticəsində məlum oldu ki, Amberin Zaman təkcə Türkiyə mətbuatında deyil, xarici mətbuatda da qardaş ölkəyə əleyhinə yazılarla tez-tez çıxış edir. Ermənipərəst mövqeyinə görə dəfələrlə təhqirə məruz qalan Amberin Zaman haqda Türkiyənin tanınmış bloggeri Yücel Tanay yazır:
"Amberin Zaman Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün əlindən gələni edir. Tez-tez Yerevana gedib, danışıqlar aparır. Ancaq bu adam heç bir zaman Şuşada, Xocalıda qətliama uğramış insanları görmür. Bütün bu addımların bir səbəbi var: Çünki bu adamın ruhu və bədəni satılıb. Amberin Zamanın ermənipərəst "köşə"ləri Yazarla bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, o yazdığı köşələrin çoxunu Ermənistana həsr edib. Onlardan bir neçəsinin adını təqdim edirik: "Ermenilər, Fransa ve soykırım", "Ermeni büyükelçi", "Ermenilerin acı günü", "1915 ile yüzleşmek", "İster istemez yine ermeniler" və s. adlı yazıları tamamilə ermənilərdən bəhs edir. Amberin Zaman Ramil Səfərova "cani" deyib Araşdırmamız nəticəsində ermənilərin oyuncağına çevrilən Amberin Zamanın daha bir köşə yazısıyla rastlaşdıq. O ötən ilin 18 sentyabr tarixində "Habertürk"də "Azerbaycanda adalet: Vur baltayı, al tarifeyi" adlı yazısında Ramil Səfərova "cani" deməkdən çəkinmir. O Ramili cinayətkar, məsum bir ermənini öldürən şəxs adlandırır. O yazısında Ramilin hisləriylə oynayır və onu saxta vətənpərvər adlandırır.
"Azadıq" qəzetini Amberin Zamanla bağlayan nədir?
Əslində, yuxarıda sadaladıqlarımız köşə yazarın hansı məzhəbə qulluq etdiyini açıq-aydın göstərir. Ancaq çox təəsüf ki, "Azadlıq" qəzeti ermənilərin əlaltısına çevrilən bu qadını öz manşetinə çıxarıb.
Bütün yazılarında Azərbaycanı, Azərbaycan dövlətini təhqir edən, qəhrəmanımızı aşağılayan, qardaş ölkə Türkiyəni Ermənistanla barışığa dəvət edən bir adama qəzetin bu qədər diqqət ayırması təəsüfləndirici məqamdır.
Ümid edirik ki, ən azından bu yazımızdan sonra qəzet rəhbərliyi hər yerindən duran şəxsə öz səhifələrində yer ayırmaz.Hacıbəy Heydərli