Ramil Şeydayev "Qarabağ"a qayıdır?

İDMAN
14:59 11.07.2024
182
Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir. 

AzxeberSport-un əldə etdiyi məlumata görə, futbolçunu "Qarabağ" və "Neftçi" klubları transfer etmək niyyətindədir.

Mətbuatda hücumçunun "Neftçi" ilə anlaşdığı yazılsa da, bu xəbər hələlik öz təsdiqini tapmayıb. Məlumata görə, Ağdam klubu da Şeydayevi yenidən komandaya transfer etmək istəyir.

Şeydayevin son qərarını yaxın günlərdə açıqlayacağı gözləyir. 

OXŞAR XƏBƏRLƏR