Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, Premyer Liqanın "Vkontakte" sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, "Zenit"in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib. Səsvermədə 5 futbolçunun adı yer alıb ki, onların sırasınsa milli komandamızın "Krılya Sovetov"da oynayan hücumçusu Ramil Şeydayev də daxil edilib. Ötən ay "Lokomotiv", "Yenisey" və "Anji" ilə matçlarda ümumən 3 qol vuran Şeydayev martın TOP-5-liyində sonuncu yeri tutub - 2.37 faiz (999 səs).
Ümumilikdə sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:
1. Sərdar Azmun ("Zenit") - 49.46 faiz
2. Fyodor Çalov (SSKA) - 35.12 faiz
3. Anton Mirançuk ("Lokomotiv") - 6.53 faiz
4. Mario Fernandes (SSKA) - 6.52 faiz
5. Ramil Şeydayev ("Krılya Sovetov") - 2.37 faiz