Ramil Usubov bu rayona yeni rəis təyin etdi

Ramil Usubov bu rayona yeni rəis təyin etdi
SOSİAL
21:09 08.01.2018
4691
Daşkəsən rayonunda polis rəisi vəzifəsinə yeni təyinat olub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Vəfadar Orucov təyin olunub.

Daşkəsən rayonunun əvvəlki polis rəisi Fəxrəddin Abbasov isə Ağsu Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
OXŞAR XƏBƏRLƏR