Ramil Usubov 'Facebook'da aksiyalara edilən çağırışlara münasibət bildirdi

MAQAZİN
15:54 12.03.2013
2949

APA-nın məlumatına görə, Daxili Qoşunların yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxış edən R. Usubov qeyd edib ki, sosial şəbəkələrdəki bu çağırışlar respublikadakı dayanıqlı sabitliyi pozmağa yönəlib: “Respublikadakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmələrini, həmin qüvvələrin təhriki ilə bir qrup gəncin "Facebook" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları qanunsuz aksiyaya qoşulmağa çağırmalarını cəmiyyətlə ordu arasında inamsızlıq, süni qarşıdurma yaratmağa yönələn uğursuz cəhd kimi qiymətləndirirəm”. 

Nazir bütün bunların silahlı qüvvələrə qarşı məlum dairələr tərəfindən aparılan çirkin təxribat olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR