Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində vətəndaşların qəbulunu həyata keçirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin gün rayon polis şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd və Zəngilan rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib.
Nazir onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.