Ramil Usubov Bəylər Eyyubovun qardaşı oğluna vəzifə verdi

Ramil Usubov Bəylər Eyyubovun qardaşı oğluna vəzifə verdi
SOSİAL
14:42 04.05.2017
1674

Daxili işlər orqanlarında yeni təyinatlar olub.


Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
 
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsinin əməkdaşı, polis polkovniki Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki,  Rövşən Eyyubov Azərbaycan Respublikası xüsusi dövlət mühafizə xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

OXŞAR XƏBƏRLƏR